"Kızılelma" 11-ci sınağını uğurla başa vurub - VİDEO

16:20 - 8 İyun 2023 - Xəbər

Bu gün pilotsuz qırıcı Qızılelma 11-ci sınağını uğurla başa vurub.

Ucnoqta.az xəbər verir ki, orta hündürlüklü identifikasiya sistemi sınaqdan keçirilib.

Bu barədə “Baykar Makina”nın texniki direktoru Selçuk Bayraktar öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, pilotsuz təyyarə hava-hava tipli raketləri daşıya və pilotlu təyyarələrlə birgə işləyə biləcək. Qurğunun maksimal sürəti saatda 800 kilometr, faydalı yükün kütləsi isə 1,5 ton təşkil edəcək.

Xəbər xətti