Prezident fərman imzalayıb

16:03 - 8 İyun 2023 - Xəbər

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. 

Fərmanla, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blankları siyahıya əlavə edilib.

Xəbər xətti