Konqresmenlər Baydeni Kiyevə uzaqmənzilli raketlər verməyə çağırıblar

14:30 - 8 İyun 2023 - DÜNYA

Nümayəndələr Palatasının 10 nəfərdən ibarət qrupu Amerika prezidentinin administrasiyasına məktub göndərərək, ATACMS operativ-taktiki raket sistemlərinin mümkün qədər tez Kiyevə çatdırılmasını tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya uzaqmənzilli sursatların tədarükünə can atan ABŞ qanunvericilərinin təzyiqi altındadır.

Qeyd olunur ki, Nümayəndələr Palatasının 10 üzvü, Demokratlar və Respublikaçılardan ibarət qrup Amerika prezidentinin administrasiyasına məktub göndərərək, ATACMS taktiki raket sistemlərinin mümkün qədər tez Kiyevə çatdırılmasına çağırıb. Konqresmenlər öz mövqelərini belə əsaslandırırlar ki, ATACMS artıq Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan HIMARS çoxsaylı buraxılış raket sistemlərindən buraxılır, buna görə də Ukrayna əsgərləri və onların idarə olunması üçün uzunmüddətli təlim tələb etməyəcəklər. 

Xəbər xətti