"Parisdə özümü xoşbəxt hiss etmirdim" - Messi

07:55 - 8 İyun 2023 - İDMAN

"İnter Mayami"yə keçdiyini açıqlayan argentinalı hücumçu Lionel Messi "PSJ"də oynayarkən özünü xoşbəxt hiss etmədiyini deyib.

Ucnoqta.az xəbər verir ki, onun sözlərini Mundo Deportivo yayıb.

“Parisdəki bu iki il mənim qərarıma təsir etdimi? Qismən bəli. Özümü xoşbəxt hiss etmirdim. Həyatdan zövq almırdım. Bu, mənim ailə həyatıma təsir edirdi”, - deyə Messi bildirib.

İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda "Klermon"a qarşı meydana daxil olaraq Fransanın PSJ komandasının tərkibində son oyununu keçirib. Messinin parislilərlə müqaviləsi iyunda başa çatdı, o, azad agent kimi İnter Mayamiyə keçib.

Xəbər xətti