Messi "İnter Mayami"yə keçdiyini açıqlayıb

23:08 - 7 İyun 2023 - İDMAN

Lionel Messi "İnter Mayami"yə keçdiyini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, o, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzetinə danışıb. 2022-ci il FİFA Dünya Kubokunun çempionu, 7 qat "Qızıl top"un qalibi, "PSJ"nin argentinalı futbolçusu Lionel Messi karyerasını Amerikanın "İnter Mayami" klubunda davam etdirəcək. 

"Mən Mayamiyə getmək qərarına gəldim. Avropadan çıxmaq, diqqət mərkəzindən kənarda qalmaq və ailəm haqqında daha çox düşünmək istəyirdim", - Messi deyib.

Xəbər xətti