Məktəb yaxınlığında qəza: Avtobusdan düşən şagirdi maşın vurdu - VİDEO

09:38 - 7 İyun 2023 - HADİSƏ

Bakı şəhərində avtomobil məktəbli qızı vurub.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Parlament prospektində baş verib. 

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Wolkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.

Xəbər xətti