Parisdə pensiya islahatlarına etiraz edən 28 etirazçı saxlanılıb

23:03 - 6 İyun 2023 - DÜNYA


Parisdə həmkarlar ittifaqları tərəfindən 2023-cü ilin yanvarından bəri 14-cü milli etirazlar günü çərçivəsində təşkil edilən pensiya islahatına qarşı yürüş zamanı polis və jandarm əməkdaşları 28 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Məlumata görə, onlardan 14-ü hələ nümayiş başlamamış saxlanılıb. 
Ümumi Əmək Konfederasiyasının məlumatına görə, Fransada pensiya əleyhinə etirazlarda təxminən 900 min insan iştirak edib ki, bu, 2023-cü ilin yanvarında etirazlar başlayandan bəri ən aşağı fəallıqdır. 

Xəbər xətti