Emin Əmrullayev TUBİTAK rəhbəri ilə görüşüb - FOTO

22:03 - 6 İyun 2023 - Xəbər

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında yazıb.

“İyunun 5-də Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüş keçirdik. Görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edildi və elm, texnologiya sahələrində əməkdaşlığa dair Niyyət Məktubu imzalandı”, - nazir qeyd edib.


Xəbər xətti