Yaponiya, ABŞ, Kanada və Avstraliya Şərqi Çin dənizində təlimlər keçirib

16:53 - 6 İyun 2023 - DÜNYA

Yaponiya, ABŞ, Avstraliya və Kanada Şərqi Çin dənizində ilk dəfə birgə hərbi dəniz təlimləri keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiya özünümüdafiə qüvvələrinin komandanlığı məlumat yayıb.

Təlimlər iyunun 3-dən 5-dək keçirilib. 

Manevrlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin "Çunq-Hun" esminesi və Kanada Kral Donanmasının "Monreal" freqatı da daxil olmaqla beş gəmi iştirak edib. Təlimlərin məqsədi azad və açıq Hind-Sakit okean regionunun təmin edilməsi çərçivəsində dənizdə birgə qarşılıqlı fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi olub.

Xəbər xətti