Ana səhifə
15 Dekabr 2018

"Əgər şəxsi həyatımdan yazsalar..."

Elgiz Əkbərin aparıcısı olduğu "Günə baxan"ın qonağı olan Rövşanə Ağasəfqızı saytlara qadağa qoyub. ANS PRESS-in məlumatına görə, "Bazar səhəri" verilişinin aparıcısı Rövşanə xanım, şəxsi həyatının ictimailəşdirilməsinə qarşı olduğunu bəyan etdi: "Saytlarda ən çox müzakirə və tənqid olunan aparıcıyam. Neçə ildir saytlarla mübarizə aparıram. Saytların şəxsi həyatımdan yazmasını istəmirəm. Bütün gücümlə bunun qarşısını almağa çalışıram. Hər kəsin bir intim həyatı var, onun ictimailəşməsinin əleyhinəyəm. Buradan bəyan edirəm, saytlara şəxsi həyatıma müdaxilə edilməsinə qadağa qoyuram. Bütün jurnalistlərə xəbərdarlıq edirəm, şəxsi həyatımla bağlı bir şey yazılsa məhkəməyə müraciət edəcəm".
Elgiz Əkbər də onun bu fikirləri ilə şərik olduğunu dedi: "Şəxsən mən də şəxsi həyatıma müdaxilənin əleyhinəyəm. Verilişimdən nə qədər istəyirlər yazsınlar, amma qətiyyən şəxsi həyatımı işıqlandırmasınlar. Yazsalar, bununla iki vəkilim məşğul olacaq. Bilsinlər ki, kim yazarsa məhkəməyə verəcəm".

Tarix
18 May 2015 [13:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin