Gəncədə qardaşı ilə oynayan yeniyetmə binanın pəncərəsindən yıxıldı

10:44 - 6 İyun 2023 - HADİSƏ

Gəncədə 12 yaşlı oğlan binanın pəncərəsindən yıxılıb.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ü.Əliyev beş yaşlı qardaşı ilə yaşadığı 5-ci mərtəbədəki mənzildə oynayan zaman pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti