Şərurda yeniyetmələr arasında dava: bir nəfər bıçaqlandı

10:24 - 6 İyun 2023 - HADİSƏ

Şərurda yeniyetmə oğlanlar arasında dava bıçaqlanma ilə nəticələnib.

APA xəbər verir ki, hadisə bu gün gecə saatlarında qeydə alınıb.

Belə ki, Şərur rayonu Oğlanqala kəndində kənd sakinləri 2006-cı il təvəllüdlü Sadiq Mehdiyev, 2005-ci il təvəllüdlü Məhəmmədəli Vəliyev, 2005-ci il təvəllüdlü Xoşunəli Abdullayev və Şərur rayonu Dizə kənd sakini Əli Mürsəlov arasında dava düşüb.

Dava nəticəsində, Əli Həsənov Sadiq Mehdiyev tərəfindən bıçaqlanıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

S.Mehdiyev artıq saxlanılıb.

Faktla bağlı araşdırma başlayıb.

Xəbər xətti