Bəxtiyar Hacıyevin evində axtarış aparılır (YENİLƏNİB)

11:52 - 6 İyun 2023 - Xəbər

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin və atasının evində, həmçinin avtomobilində axtarış aparılması ilə bağlı məlumat yayılıb. 

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Unikal" bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur. 

09:52

Hüquq-mühafizə orqanlarlnln əməkdaşları Bəxtiyar Hacıyevin evində axtarış aoarır.

Ucnoqta.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə gprə, hal-hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, Bəxtiyarın və dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə təqsirli bilinərək həbs olunub. 

Xəbər xətti