Bərdədə narkotacir polisə bıçaqla hücum edib

09:26 - 6 İyun 2023 - HADİSƏ

Polisin Bərdədə keçirdiyi əməliyyat zamanı insident baş verib.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib.

Rəsmi məlumata görə, onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib: “Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb. Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb”.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılmış, istintaq tədbirləri həyata keçirilir.

Xəbər xətti