Qazaxda çətənə kolları məhv edildi - FOTO

08:45 - 6 İyun 2023 - HADİSƏ

Qazaxda çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Xəbər xətti