Ana səhifə
15 Dekabr 2018

Sabah hava necə olacaq - Proqnoz

Ucnoqta.az xəbər verir ki, Sabah və yaxın 2-3 gün ərzində ölkə ərazisində nisbətən sabit, yağmursuz hava gözlənilir. Səhər və axşam bəzi yerlərdə, o cümlədən Abşeron yarımadasında duman olacağı ehtimal olunur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın verdiyi məlumata görə, yaxın 2-3 gün ərzində temperatur bir qədər yüksələcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 27-də nisbətən güclənəcək. 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 13 dərəcəyə yaxın, gündüz 16-21 dərəcəyə qədər yüksələcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Aran rayonlarında temperatur gecə 6-11 dərəcə, gündüz 20 dərəcəyə yaxın, dağlıq ərazilərdə gecə 5 dərəcəyə yaxın, gündüz saatlarında 8-13 dərəcə isti olacaq.(ANS PRESS)

Tarix
21 Oktyabr 2014 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin