İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş qondarma “Böyük Ermənistan” xəritəsinin yığışdırıldığı görüntüləri yayılıb.
Belə ki, xəritənin yerləşdiyi yerdə böyük ölçülü ekran qoyulub.
Qeyd edək ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.