Bərdədə kişi həyat yoldaşını bıçaqlayıb

10:33 - 2 İyun 2023 - HADİSƏ

Bərdə rayonunda kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 2-si saat 09 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qadın xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.

Bərdə Rayon Polis Şöbəsində stintaq hərəkətləri aparılır.

Xəbər xətti