Bu gün TBMM-də deputatlar and icəçək

09:48 - 2 İyun 2023 - DÜNYA

Seçki ilə əlaqədar fəaliyyəti dayandırılan Türkiyə Böyük Millət Məclisi 28-ci çağırış millət vəkillərinin andiçmə mərasimi üçün toplanacaq.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputatlar bu gün andiçmə mərasimi üçün Baş Assambleyada olacaqlar. Prezident Ərdoğan da andiçmə mərasimini lojadan izləyəcək. Millət vəkilləri vilayətlərə görə soyad və ad sırasına görə tribunaya çıxaraq and içəcəklər.

Hər hansı səbəbdən birinci məclisdə iştirak edə bilməyən deputatlar qatıldıqları ilk məclisdə and içəcəklər. 

Şənbə günü saat 15.00-da prezident Ərdoğanın andiçmə mərasimi üçün Baş Məclis açılacaq. Parlamentin müvəqqəti sədri Dövlət Baxçalı prezident Ərdoğana prezidentlik mandatını təqdim edəcək. Daha sonra prezident Ərdoğan and içəcək.

Bazar günü Baş Assambleyada yeni kabinet üzvlərinin andiçmə mərasimi keçiriləcək.

Xəbər xətti