Yaponiyada qasırğa: 80 min insanı təxliyyə edir

06:34 - 2 İyun 2023 - DÜNYA

Yaponiyada Mavar qasırğasının yaxınlaşması ilə əlaqədar 80 min insanın təxliyəsi elan edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Yaponiyada iki prefektura Mavar tayfunun yaxınlaşması ilə əlaqədar güclü yağışlar səbəbindən 80,5 min nəfərin təxliyə edildiyini açıqlayıb.

Qeyd edilir ki, Ehime və Aiçi prefekturalarında güclü yağışlar fonunda beş mümkün təhlükə səviyyəsinin dördüncü, Şikoku adasındakı Ehime prefekturasında isə uzun sürən güclü yağışlar fonunda sürüşmə təhlükəsi elan edilib, təxminən 53 min adamın təxliyə edildiyi açıqlanıb.

Eyni zamanda, çayın daşması təhlükəsi ilə əlaqədar Yaponiyanın mərkəzində yerləşən Ayçi prefekturasında 27 500 nəfər təxliyə edilib.

Xəbər xətti