Beynəlxalq axtarışda olan sabiq müstəntiq tutuldu - FOTO

17:33 - 1 İyun 2023 - Cəmiyyət

Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.

DİN -in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiririlib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.


Xəbər xətti