Tokio və Vaşinqton PUA sahəsində əməkdaşlıq edəcəklər

07:46 - 1 İyun 2023 - DÜNYA

Yaponiya və ABŞ hipersəs silahlarının qarşısını almaq üçün sistemlərin yaradılmasını müzakirə edirlər

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı Yaponiyanın müdafiə naziri Yasukazu Hamada Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. O, bildirib ki, Yaponiya və ABŞ pilotsuz təyyarələr sahəsində əməkdaşlıq etmək niyyətindədirlər, həmçinin hipersəs silahlarının qarşısını almaq üçün sistemlərin birgə hazırlanması imkanlarını müzakirə edirlər.

"Müdafiə silahları və texnologiyaları sahəsində əməkdaşlığa gəlincə, biz dronlar sahəsində müzakirələri irəli sürmək və əməkdaşlığı gücləndirmək və hipersəs texnologiyalarına qarşı gələcək tutma sistemlərinin birgə inkişafı imkanlarını müzakirə etmək haqqında razılığa gəldik" -nazir qeyd edib.

Xəbər xətti