Ağ Ev Ukraynaya yeni yardım paketini açıqlayıb

22:16 - 31 May 2023 - DÜNYA

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcəyini bildirib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu paketə xüsusilə Patriot zenit-raket sistemləri və HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün sursatların daxil olacaq.

"Biz bu gün elan etdiyimiz paketdən Ukraynanı əlavə sursatla təmin etmək üçün istifadə edirik", - Kirbi bildirib.

O vurğulayıb ki, Pentaqonun iştirakı ilə ayrılan yardıma əlavə "Avanger" və "Stinger" hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar da daxildir.

Xəbər xətti