Yağış yağacaq, şimşək çaxacaq ...

13:34 - 31 May 2023 - ÖLKƏ İÇİ

İyunun 1-nə ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ucnoqta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Xəbər xətti