Neymar 400 milyonluq təklifi rədd edib

12:15 - 31 May 2023 - İDMAN

Fransanın Paris Saint-Germain futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanından gələn 400 milyon avroluq təklifi rədd edib.

Ucnoqta.az xəbər verir ki, futbolçu karyerasını ya "PSJ"də, ya da İngiltərənin “Mançester Yunayted”ində davam etdirmək istəyinə görə bu qərarı verib. Braziliyalıya Səudiyyə Ərəbistanının hansı klubunun təklif etdiyi barədə məlumat verilmir.

Neymarın 31 yaşı var, 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avroya rekord məbləğə "PSJ"yə keçib.

Xəbər xətti