Fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb

11:56 - 31 May 2023 - HADİSƏ

Abşeronda fəhlə iş yerində ölüb.

Bu barədə Ucnoqta.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti