Yadplanetlilər hələ də Yer kürəsində qalırlar - Amerikalı alım

08:22 - 31 May 2023 - DÜNYA

Stanford Universitetinin professoru Harri Nolan yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini və hələ də burada olduqlarını söyləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazır.

O, tamamilə əmindir ki, yadplanetlilər Yer kürəsində olublar və insanların hətta onları gördüyünü etiraf edir, lakin sanki İspan gəmilərini ilk dəfə görən Cənubi Amerika qəbilələrinin nümayəndələri bunda xüsusi bir şey hiss etməyiblər.

“Onlar peyda olub deyirlər: “Hansınız nəyə baxdığınızı başa düşəcək qədər ağıllısınız? Qarşınızda olanı həqiqi şəkildə görə bilirsinizmi?” - Nolan bildirib.

Bundan əlavə, alim Konqresdə yerdənkənar həyatla bağlı dinləmələrdə iştirak etdiyini qeyd edib.

Xəbər xətti