Aİ Moldovada beş nəfərə qarşı sanksiya tətbiq edib

19:28 - 30 May 2023 - DÜNYA

Avropa Birliyi Moldovada sabitliyin pozulmasına görə məsuliyyət daşıyan beş nəfərə qarşı sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə müvafiq reqlamenti dərc edən Aİ-nin rəsmi jurnalında deyilir.

“Qara siyahı”ya, xüsusən də Moldovanın “Şor” müxalifət partiyasının lideri İlan Şor, rusiyalı iş adamı İqor Çayka, moldovalı iş adamı Vladimir Plahotnyuc daxil edilib. Aİ, həmçinin Ukrayna üçün qara siyahıya Rusiya Federasiyası və Moldovanın iki vətəndaşı Aleksandr Kalinin və Qriqori Karamalakın daxil edilməsini genişləndirib.

Xəbər xətti