Hindistanın şimalında avtobusun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 55 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Zəvvarları daşıyan avtobus Amritsardan Cammu və Kəşmirin birlik ərazisi olan Katra marşrutu ilə hərəkət edirmiş.
Polisin bildirdiyinə görə, avtobusda ən azı 65 nəfər olub ki, bu da icazə verilən saydan artıq olub.