Sərhəddə 6 erməni hərbçi ilə əlaqə kəsilib

17:28 - 29 May 2023 - Xəbər

Teleqramın Ermənistan seqmentində ehtiyatda olan polkovnik Vladimir Ovannisyana istinadən “Qafan rayonunun Nerkin-Xand sərhəd kəndində Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi ilə əlaqənin kəsildiyi” barədə məlumat yayılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Caliber məlumat yayıb.

“Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu göndərməyə cəhd etmək qərarına gəlib. Təsdiq və ya təkzib edilənə qədər bu məlumatı diqqətlə izləyəcəyik”, – sayt qeyd edib.

Xəbər xətti