Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

14:10 - 29 May 2023 - Cəmiyyət

Xalq artisti Rasim Balayev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsində ona ayrılan 28500 manat vəsaitin hansı məqsədlər üçün istifadə olunacağına aydınlıq gətirib.

Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözü gedən vəsaitlə "Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı sənədli film çəkiləcək:

"Yəqin ki, yaxın günlərdə filmlə bağlı hazırlıqlara başlanılacaq. Film "Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin təqdim etdiyi layihə əsasında ekranlaşacaq”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən "Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi "Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə qalib olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28500 manat vəsait ayırıb. 

Xəbər xətti