Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gediblərmiş - VİDEO

10:50 - 26 May 2023 - Cəmiyyət

Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş. 

Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.

Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər. 

Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.

Xəbər xətti