Ukraynanın əks hücumu gecikir - Ekspert

10:32 - 26 May 2023 - Xəbər

"Ukrayna qoşunlarının yaz əks hücum kompaniyası ləngiyir" .

Ucnoqta.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspertin sözlərinə görə, uğurlu əks hücum üçün ilk növbədə Ukrayna tərəfi çətin bir vəzifə yerinə yetirilməlidir: "Rusiyanın havada və dənizdə üstünlüklərini minimallaşdırmaq vacibdir. 

Bu məqsədlə ilk növbədə təmas xəttinin operativ dərinliyində yerləşən Rusiya aerodromları, maddi texniki təminat bazaları və idarəetmə məntəqələri sıradan çıxarılmalıdır. Dənizdəki raket daşıyan rus gəmilərinin yaratdığı təhdidlərə qarşı tədbirlər də görülməlidir" - ekspert qeyd edib. 

Ədalət Verdiyev vurğulayır ki, havada üstünlük əldə etmədən və yuxarıda göstərilən tədbirləri həyata keçirmədən əks hücumun başlanması və Ukrayna ordusunun rusların müdafiə zolağının dərinliyinə nüfuz etməsi həm çətin olacaq, həm də gözlənilən mümkün döyüş itkilərini artıracaq.

Xəbər xətti