ABŞ Taylanda "F-35" qırıcılarını satmaqdan imtina edib

09:03 - 26 May 2023 - DÜNYA

Tailand Hərbi Hava Qüvvələri ABŞ-ın ölkəyə "F-35" qırıcıları satmaqdan imtina etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters yazıb. Bildirilir ki, səbəb kadr hazırlığı və texniki xidmətlə bağlı problemlər göstərilib.

Ötən il Tailand köhnə təyyarələri əvəz edəcək yeni təyyarələrin alınması üçün 408 milyon dollar ayırıb. Qeyd olunur ki, ölkə 2003-cü ildə NATO-nun üzvü olmayan ABŞ-ın əsas müttəfiqi statusu alıb.

Tailand hakimiyyəti səkkizə qədər "F-35A" beşinci nəsil qırıcı almağı planlaşdırırdı.

Xəbər xətti