Çili 5 ildən sonra Venesuelaya ilk səfirini göndərir

08:31 - 26 May 2023 - DÜNYA

Çili prezidenti Qabriel Boric diplomat Xayme Qasmuri Muxikanı respublikanın 2018-ci ildən boş qalan Venesueladakı səfiri vəzifəsinə təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çili Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər naziri Alberto van Klaveren bildirib ki, prezident Qabriel Boriç Xayme Qasmuri Muxikanı Çilinin Venesuela Bolivar Respublikasına səfiri təyin edib. 2014-2018-ci illərdə diplomat Çilinin Braziliyadakı səfiri idi.

Səfirin təyin edilməsi qərarı Çilinin şimalındakı miqrasiya böhranı fonunda qəbul edilib. Qanunsuz miqrantların əksəriyyəti Venesuela vətəndaşlarıdır. Mayın ortalarında Çili Xarici İşlər Nazirliyinin nümayəndələri venesuelalıların vətənlərinə qayıtması problemini müzakirə etmək üçün Karakasa səfər ediblər.

Bundan əvvəl Çili prezidenti Venesuela hökumətini insan haqlarını pozmaqda ittiham edərək tənqidi fikirlər səsləndirmişdi.

Xəbər xətti