İsrailli model 35 yaşında vəfat edib - FOTO

08:01 - 26 May 2023 - HADİSƏ

İsrailli model Karin Bouman 35 yaşında Tel-Əvivdə vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb. O, uzun müddət anoreksiya ilə mübarizə aparıb.

Qız modellik biznesinə gəncliyindən başlayıb. 22 yaşında onda ciddi bir qida pozğunluğu əmələ gəldi. 

Ölümü ərəfəsində onun çəkisi 23 kiloqram idi. Bouman yaşından daha yaşlı görünməyə başladı. Ölümündən əvvəl o, ağır pnevmoniyaya tutuldu, süni nəfəs aparatına qoşuldu.

Qızın özü də moda aləmində məşhur olan ailədəndir, onun dörd bacısı da modellik biznesi ilə məşğul olub.

Bouman 2002-ci ildə  gənclərin milli  gözəllik müsabiqəsində ikinci yeri qazamışdı.

Xəbər xətti