Su-35 və Su-27 ABŞ HHQ-nin bombardmançılarını Baltik səmasında müşayiət edib

21:21 - 25 May 2023 - DÜNYA

Su-35S və Su-27P qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki bombardmançı təyyarəni Baltik dənizi üzərində səmada müşayiət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzi bildirib.

Rusiya sərhədinə yaxınlaşan Amerika bombardmançı təyyarələri Rusiyanın Baltik dənizi üzərindəki hava məkanına nəzarətinin köməyi ilə aşkarlanıb.

Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə üzrə növbətçi qüvvələrinin Su-35S və Su-27P qırıcıları havaya qalxıb. Onlar Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançılarını müşayiət ediblər.

Xəbər xətti