Cəlilabadda itin dişlədiyi uşaq ölüb

15:49 - 25 May 2023 - HADİSƏ

Cəlilabadda itin dişlədiyi azyaşlı dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, rayonun Röyal Nəsirov küçəsində 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı it dişləyib.

Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub. Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti