"Mercedes-Benz" dünya üzrə 23 mindən çox avtomobili geri çağırır

14:40 - 25 May 2023 - AVTO

Alman avtomobil istehsalçısı "Mercedes-Benz" dünya üzrə 23 500-ə yaxın avtomobili ehtiyat tədbiri olaraq geri çağırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən DPA agentliyi məlumat yayıb.

Bildirilir ki, proqram təminatında köhnəlmiş parametrlər səbəbindən hərəkətin stabilləşdirilməsi sisteminin və əyləc zamanı təkərlərin kilidlənməsinin qarşısını alan sistemin işində nəzəri pozulma təhlükəsi var. Problem proqram yeniləməsi ilə həll olunur.

Geri çağırılma 2020-2021-ci illərdə istehsal olunmuş S-Class avtomobillərinə şamil edilir.

Xəbər xətti