Ana səhifə
23 Sentyabr 2018

Şamaxıda əhalinin kütləvi şəkildə müayinədən keçirilməsinə başlanılıb

Rayon əhalisinin 54680 nəfəri müayinələrə cəlb olun

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində 2015-ci ilin birinci rübündə rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində  rayonda ictimai-siyasi sabitlik davam edib. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.

21 fevral 2015-ci il tarixdə manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar ölkə ərazisində bəzi ərzaq məhsullarının satış qiymətlərinin süni sürətdə artırılmasına yol verildiyi müşahidə olunub. Rayon ərazisində baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə komissiya yaradılmış və qiymətlərin süni sürətdə qaldırılması daim komissiya tərəfindən nəzarətdə saxlanıb.

2015-ci ilin birinci rübü ərzində rayonda böyük səbəkəyə malik olan təhsil, səhiyyə və mədəniyyət sahələrində də həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox işlər görülüb. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların müxtəlif təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlb olunması təmin olunub, 82 nəfər pedaqoji kadr bu kursları müvəfəqiyyətlə başa vurub. Təhsil Nazirliyi və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Mərkəzinin birgə layihəsi çərçivəsində ənənəvi VII rus dili və ədəbiyyatı fənn olimpiadası keçirilib. Ağsu, Qobustan, Kürdəmir, Zərdab, Ucar və Göyçay rayonlarından gələn şagirdlər M.Y.Lermontovun yaradıcılığına həsr olunmuş şeir müsabiqəsində iştirak edib. Ölkə rəhbərinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində şagirdlərimiz “Ölkəmizi tanıyaq” devizi altında qədim Naxçıvanın tarixi abidələr  və turizm mərkəzlərinə ekskursiyalar etmiş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən dövlət ümumtəhsil müəssisələrində  çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması regionlarda, eləcə də Şamaxı təhsil işçilərində böyük ruh yüksəyliyi yaratmışdır. Gözlənilən diaqnostik qiymətləndirmə müəllimlərin öz üzərlərində çalışmaları üçün güclü stimula çevrilib. 2015-ci ilin birinci rübündə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Şamaxı Diaqnostika Mərkəzində aparılan uğurlu əməliyyatlar, Mərkəzi Rayon Xəstəxanası tərəfindən təşkil olunan səyyar həkim briqadalarının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə rayonumuzda da bir çox işlər görülmüş, əhalinin kütləvi şəkildə müayinədən keçirilməsinə başlanılıb. Hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu günə kimi rayon əhalisinin 54680 nəfəri müayinələrə cəlb olunub. Təbii ki, əhaliyə göstərilən tibbi xidmət sahəsində mövcud olan problemlər də az deyil. Belə ki, ayrı-ayrı sahələr üzrə xəstəliklərin sayının artması, kənd və qəsəbələrdə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının aşağı səviyyədə olması, həkim kardlara olan ehtiyacın ildən ilə artması bunu bir daha təsdiq edir.

2015-ci ilin ilk 3 ayında rayon Mədəniyyət və Turizm şöbəsində də xeyli işlər görülmüşdür. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi keçirilən V televiziya muğam müsabiqəsinin ilə birinci turunun Şirvan bölgəsi üzrə seçimi yanvar ayının 12-də Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilmişdir. Hal-hazırda rayonumuzun təmsilçiləri bu müsabiqədə uğurla çıxış edirlər.

20 yanvar faciəsinin 25-ci, Xocalı Soyqırımının 23-cü ildönümləri ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində foto və kitab sərgiləri, tamaşalar, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 12 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova və bir qrup gənc muğam ifaçısının iştirakı ilə rayon Mədəniyyət sarayında təntənəli konsert keçirilib. 2015-ci ilin mart ayının 19-da İçəri şəhərdə Dənizkənarı Milli Parkda Azərbaycanın qeyri-maddi mədəni irsinin parlaq nümunəsi olan Novruz şənliyində “Şirvan Milli Alətləri” ansamblı, xalq sənətkarları, kulinarlar, mətbəx ustaları iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etmişdir ki, qeyri-maddi mədəni irsimizin təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən 2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” proqramının bölgələrə verdiyi müsbət tövhələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi qərara alınıb. Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilib. Bu münasibətlə martın 4-də Azərbaycan Xalça muzeyində 2015-ci il Şamaxı şəhərinin “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunması ilə əlaqədar təqdimat mərasimi keçirilib, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Şamaxı rayonuna kubok təqdim olunub.

2015-ci ilin birinci rübü ərzində Şamaxı rayon Gənclər və İdman idarəsi  tərəfindən gənclər sahəsi üzrə çoxsaylı tədbirlər keçirilmiş və keçirilən tədbirlərdə 1274 nəfər yeniyetmə və gənc iştirak edib.

Ötən müddət ərzində Bakı şəhərində keçirilən ağır atletika idman növü üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyində idmançımız  Şərifov Elşad Niyaz oğlu bütün rəqiblərinə qalib gələrək I yerə layiq  görülüb. 13-15 mart 2015-ci il tarixlərində Bakı şəhərində keçirilən poverliftinq və Benc-Press idman növü üzrə kişilər arasında Azərbaycan çempionatında Səmədzadə Fərid Mehman oğlu və Eynalov Elvin Ərəstun oğlu öz çəki dərəcələrində çempion adına layiq görülüb.

2015-ci ilin birinci rübü ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 246 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 ədəd azdır. Müraciətlərdən 69-u Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 3-ü Milli Məclisdən, 3-ü Nazirlər Kabinetindən, 40-ı respublikanın digər qurumlarından, 131-i isə vətəndaşlardan bilavasitə rayon İcra Hakimiyyətinə ünvanlanıb. Xüsusilə müntəzəm olaraq əhalinin müxtəlif təbəqələri, eləcə də kənd və qəsəbə sakinləri ilə görüşlərimiz, həmin görüşlər zamanı qaldırılmış problemlərin əksər hissəsinin yerində həll edilməsi əhali tərəfindən razılıq hissi ilə qarşılanıb. Ötən müddət ərzində rayonun 10 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rayon İcra Hakimiyyətinin başçısı ilə keçirilmiş görüş-qəbullarda 875 nəfərdən artıq əhali iştirak edib. Həmin görüşlərdən sonra əhalinin müraciətləri nəzərə alınaraq müəyyən işlər görülüb. Belə ki, birinci rübdə havaların əlverişsiz olmasına baxmayaraq rayonun Şəhriyar və Sabir qəsəbəsində, Mərzəndiyə, Məlikçobanlı və Çıraqlı kəndlərinin 10 kv-luq elektrik hava xətlərində, 35 kv-luq Meysəri və Çarhan elektrik hava xətlərində təmir işləri aparılmışdır. Rüb ərzində kəndlərdə elektrik verilişinin fasiləsiz verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən monitoriqlər aparılaraq müntəzəm olaraq nəzarətdə saxlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxışının sonunda qeyd etmişdir ki, aprelin 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.

Tarix
15 May 2015 [20:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin