Quamda super fırtına baş verib

10:28 - 25 May 2023 - DÜNYA

Quamda son illərin ən güclü fırtınası yaşanıb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Super Tayfun Mavarın Sakit Okeanın qərbindəki bir adada sürəti 240 km/saata çatan küləklərə və güclü yağışa səbəb olduğu bildirilir.

Yerli hakimiyyət orqanları bildirirlər ki, demək olar ki, bütün əhali və müəssisələr işıqsız qalıb, lakin ciddi xəsarət alan və ölən olmayıb. Bununla belə, insanlara öz təhlükəsizlikləri üçün evdə qalmaları barədə xəbərdarlıq edilib.

Külək o qədər güclü olub ki, binalar titrəyib. 

Xəbər xətti