42 yaşlı polis xəstəxanada öldü

07:26 - 25 May 2023 - HADİSƏ

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Xəbər xətti