Ana səhifə
19 Sentyabr 2018

“Səhər yeməyi yeməmək orqanizmdə piylənmə yaradır”

Leyla Zülfüqarova: “ Nə qədər iş fəaliyyəti olmayan insan olsa belə, onun daxili orqanları çalışır ”

 

 

Gün ərzində orqanizm üçün tələb olunan qida rasionu var. Onu hər kəs qəbul etməlidir. Normal qidalanmayan orqanizmdə isə bir çox fəsadlar yarana bilər. Xüsusilə normal qidalanmaya riyaət etməyənlər arasında gənclər daha çoxluq təşkil edirlər. Belə ki, bir çox gənclər səhər yeməyindən imtina edirlər. Bəziləri bunu vaxt azlığı ilə, digərləri isə səhər yemək istəmədikləri ilə əlaqələndirirlər. Səbəblər nə qədər fərqli olsa belə, orqanizmə ciddi ziyan dəyir. Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən dietoloq Leyla Zülfüqarova deyir ki, səhər yeməyi yeməmək orqanizmdə piylənmə yaradır: “Səhər yeməyinin yeyilməməsi, günün birinci yarısında həddindən artıq ac olmaq piylənmənin əsas səbəblərindən biridir. Bu zaman nə baş verir? Normalda insan orqanizmində olan aclıq hormonunun ifrazı çoxalır. Günün birinci yarısı nəyə görə daha yaxşı qidalanmalıyıq? Çünki qidalanmanın ən vacib funksiyasıonun enerji mənbəyi funksiyasıdır. Qidadan aldığımız enerji əsasında bütün günü özümüzü təmin edirik. Səhər qidasını almamaqla enerji almamış oluruq və təbiidir ki, günün sonunda olsa belə, biz həmin enerjini almaq istəyəcəyik. Çünki nə qədər iş fəaliyyəti olmayan insan olsa belə, onun daxili orqanları çalışır. Bütün günü fəaliyyətdə olub, enerji xərclənirsə, həmin enerji bərpa olunmalıdır. Bu baxımdan səhərlər yemək yeməyən insanlar həddindən artıq qida kalorisi ilə günün sonunda bunu tamamlayırlar. Daha çox şirniyyat, yüksək kalorili, karbohidrat mənşəli qidalar qəbul edirlər. Daha çox “Fast food”lara üz tuturlar ki, bu da orqanizmdə kalorinin həddindən artıq toplanması kimi qiymətləndirilir. Bu zaman piylənmə xəstəliyi meydana çıxır. Bu baxımdan da günün birinci yarısı ilk səhər və ikinci səhər qəlyənaltısı etmək gün ərzində bizim qəbul edəcəyimiz qidalar içərisində ən çox yer tutan hissə olmalıdır. Mütləqdir ki, səhər yeməyi yeyilsin. İlk səhər qəlyənaltısı insanların iş saatlarından asılı olaraq vaxta görə dəyişir. 06.00-08.00 arası birinci səhər qəlyənaltısıdır. İkinci səhər qəlyənaltısı 10.00-dan maksimum 11.30-a qədər olan müddəti əhatə etməlidir”.

L.Zülfüqarova deyir ki, səhər yeməyi zəngin olmalıdır: “Bu müddətdə mütləq yumurta məhsulundan istifadə olunmalıdır. Bitki çayları aktuallıq təşkil etməlidir. Yuxudan durarkən orqanizmin ehtiyac duyduğu şəkərdir. Çünki şəkər sinir hüceyrələrinin ən çox ehtiyac duyduğu maddədir. Sinir hüceyrələri məhz bununla qidalanır. Buna görə də biz günün birinci yarısında şəkər qəbul etməliyik, amma təbii formada. Bu ehtiyacı isə meyvə və meyvə şirələri vasitəsilə ödəməliyik. Günün birinci yarısının ilk və ikinci qəlyənaltısına meyvə və meyvə şirələrini daxil etməliyik. Çörəyin sağlıqlı formalarına üstünlük verməliyik. Yəni ağ undan bişirilməmiş çörəklərə üstünlük verilməlidir. Dənli bitkilərdən ibarət yarmalar çox faydalıdır.”.

 

 

Aygün Asimqızı

 

Tarix
21 Oktyabr 2014 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin