Ana səhifə
24 Sentyabr 2018

Ramil Usubovla Kəmaləddin Heydərovdan birgə saziş

Azərbaycan və Qətər "Milipol Qətər 2014" Beynəlxalq Dövlət Təhlükəsizliyi Sərgisi çərçivəsində təhlükəsizlik əməkdaşlığına dair iki saziş imzalayıb.

 

Ucnoqta.az xəbər verir ki, ilk saziş Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qətərin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Saad bin Casim əl-Xuleifi tərəfindən imzalanıb. Sənəd narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, polislər üçün təlimlərin keçirilməsi və məlumat mübadiləsini nəzərdə tutur.


İkinci saziş Azərbaycanın fövqaladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Daxili Təhlükəsizlik Qüvvələri İdarəsinin rəisi Briqadir Fahad Raşed əl-Əli tərəfindən imzalanıb. Sənəd təhlükəsizlik təlimlərinin və məlumat mübadiləsinin artırılması, həmçinin Qətərin daxili təhlükəsizlik qüvvələri üçün yüksəksəviyyəli təlimlərin keçirilməsini nəzərdə tutur.(Trend)

 

Tarix
21 Oktyabr 2014 [12:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin