Ana səhifə
23 Sentyabr 2018

Şamaxı rayonunda 34, 2 milyon dəyərində məhsul buraxılıb

2015-ci ilin üç ayında artım əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur

 

 

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Şamaxı rayonunun da simasını dəyişdirib. 2015-ci ilin birinci rübü Şamaxı rayonu üçün uğurlu olub, qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilib. Demək olar ki, bütün sahələrdə irəliləyiş müşahidə olunub. Cari ilin üç ayında rayonda 34,2 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 milyon manatdan və yaxud 4,8 faizdən çoxdur. Xüsusilə sənaye sektorunda artım diqqət çəkir. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 1,5 milyon  manat olub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Həmçinin üç ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 7,6 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 7,1 milyon manat təşkil edib. Ötən üç ayda pərakəndə əmtəə dövriyyəsi 57,6 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,3 milyon manat olub. 2015-ci ilin üç ayında rayon üzrə 374 daimi iş yeri açılıb. Bu da işsizlik səviyyəsinin aşağı düşməsinə xidmət edir. 2003-cü ildən indiyə kimi rayon üzrə 11486 iş yeri yaradılıb ki, bunun da 8815-i daimi iş yeridir.

Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin üç ayı ərzində bu sahədə 7,6 milyon manatlıq məhsul istehsal edilib. Bu gün Şamaxının keçən əsrin 70-80-ci illərində olduğu kimi Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilməsi istiqamətində mühüm işlər görülür, bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub. Rayonda fəaliyyət göstərən fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq təsərrüfatların ümumi sahəsi 1627,5 hektara çatdırılıb. Gələcəkdə bu sahələr daşada genişləndiriləcək və sahələrdən bol məhsul yığılacaq. Bu il sahələrdən bol taxıl yığılacağı da gözlənilir.

Cari ilin üç ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilib.

Şəhərin N.Nərimanov küçəsində yenidənqurma və abadlıq işlərinə start verilib. Küçədə yeni layihəyə uyğun olaraq xüsusi materiallarla barıların üzlənməsi, küçə boyu yeni yaşıllıqların salınması, piyadalar üçün səkilərin üzlənməsi, müəyyən yerlərdə xüsusi işlənmiş layihəyə uyğun yeni barıların tikintisi və digər işlərin görülməsi nəzərdə tutulub. Rayonun Mədrəsə qəsəbəsində 380 şagird yerlik və Şərədil kəndində 80 şagird yerlik tam orta məktəbin binalarında, 5 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış və regional qeydiyyat şöbəsi üçün inzibati binaların inşası davam etdirilib. Bundan əlavə S.Ə.Şirvani küçəsində inşası nəzərdə tutulan yeni 100 yerlik körpələr evi-uşaq bağçasının layihə sənədləri hazırlanıb. 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün rayon İcra Hakimiyyəti tərəfindən tender elan edilib. Binanın tikintisi bu il nəzərdə tutulub. Rayonun Talışnuru və Hacıqədirli kəndlərində müasir tələblərə cavab verən məktəblərin tikintisi məqsədilə layihə-smeta sənədləri hazırlanıb. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir.

Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektlərinin tikintisi davam etdirilir. Rayonun bu sahədə böyük potensialı var.

2015-ci ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılıb. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunub. İməciliklər zamanı Bakı-Şamaxı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 3 min ədəddən çox ağac və gül kolları əkilib. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir. Həmçinin yaz mövsümünün başlanması ilə əlaqədar magisral yolun, eləcə də şəhərin müxtəlif yerlərində geniş yaşıllaşdırma işlərinin aparılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

2015-ci ilin birinci rübündə rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilib. Belə ki, ötən üç ay ərzində rayonun Dağ Bağırlı və Yenikənd kəndlərinə təbii qaz verilib, Nüydi, Saqiyan kəndlərinin və şəhərin 48a yeni yaşayış massivinin qazlaşdırılması başa çatmaq üzrədir. Bundan əlavə rayonun Avaxıl və Mərzəndiyə kəndlərində qazlaşma işləri davam etdirilir. Hazırda rayonun 36 yaşayış məntəqəsində 16987 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 84,6 faizini təşkil edir.

Şamaxı şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin 02a, 01b və 10a saylı yaşayış massivlərinin layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtda həmin küçələrə təbii qaz xəttlərinin çəkilişi nəzərdə tutulub.

2015-ci ilin üç ayı ərzində rayonda “Azərişıq” və Şamaxı Elektrik Şəbəkəsi tərəfindən müxtəlif güclü transfarmator yarımstansiyalarında 3 km elektrik hava xətləri SİP kabellə, 10 kv-luq elektrik hava xətlərindəki 147 ədəd istismara yararsız dayaq və 22 km naqil yenisi ilə əvəz edilmişdir. Bundan əlavə 04 kv-luq elektrik verilişi xətlərində 30 ədəd istismara yararsız dayaq, 2,2 km naqil yenisi ilə əvəz olunmuş, 2 ədəd yanmış transformator təmir olunaraq öz yerlərində quraşdırılmış və 55 ədəd 10/0,4 kv-luq transformator məntəqəsi təmir olunub.

Ötən müddət ərzində şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. Rüb ərzində şəhərdaxili şəbəkə xətlərində 16000 p/m-ə yaxın müxtəlif diametrli su xətlərində təmir işləri aparılmışdır. Daxili kanalizasiya xətlərində 70 ədəd baxış quyusu təmizlənmiş, 4073 p/m müxtəlif diametrli kanalizasiya xətlərində təmir işləri aparılmışdır. Bundan əlavə rayonun Sabir qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni elektrik motoru quraşdırılaraq 60 abonentin su təminatı artmışdır. Nanəli su xəttində təmir işləri aparılaraq stansiyada yeni nasos və elektrik motoru quraşdırılmışdır. Ötən rüb ərzində şəhərin küçələrinə 1,4 km kanalizasiya 3,2 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 112,4 kilometr kanalizasiya və 123,3 kilometr su xətti çəkilib.

Tarix
14 May 2015 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin