Ana səhifə
24 Sentyabr 2018

Kann Film Festivalı start götürdü

68-ci Kann Film Festivalı start götürüb.

 

 

 

Ucnoqta.az-ın “axşam.az”-a istinadən məlumatına görə, qırmızı xalçada Natali Portman və həyat yoldaşı Benjamin Milpye, Naomi Uotts, İzabella Rosselini, Culian Mur, Ksavye Dolan, Con Leqend, Bar Rafaeli, Karli Kloss, Lyupita Nionqo, Ketrin Denev, Dautsen Krez və digər tanınmışlar fotoqrafların qarşısına keçiblər.

 

Fransanın Kann şəhərində baş tutan festivalın açılışı 1987-ci ildən bəri ilk dəfə qadın rejissorun - Emmanuel Berkotun filminin nümayişi ilə başlayacaq.

 

Dünyanın önəmli film tədbiri mayın 24-də "Qızıl Palma" mükafatlandırma gecəsi ilə bitəcək. Festivalın builki münsiflərində aktrisalar Sofi Marseau, Sienna Miller, Rosi de Palma, rejissor Gilyerme del Toro, aktyor Ceyk Gillenhall və müğənni Rokia Traoere yer alıb. Münsiflər heyətinin sədri isə rejissorlar Joel və Etan Koellərdir.

Tarix
14 May 2015 [14:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin