Ana səhifə
16 Noyabr 2018

Musiqili Teatrda “Dəcəl çəpişlər”

Mayın 16-da Musiqili Teatrda mövsümün növbəti premyerası olacaq.

 

 

 

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan “Dəcəl çəpişlər”dən gedir. Tamaşa Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Yeni səhnə əsərinin musiqisi Oktay Zülfüqarova, liberottosu Ramiz Heydərə məxsusdur. Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir.

Bildirək ki, “Dəcəl çəpişlər” 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Musiqili Teatrın gözəl bir hədiyyəsi olacaq. Premyeraya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.

Qeyd edək ki, tamaşanın rejissor-assisenti Elməddin Dadaşov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları aktyorlar  Şaban Cəvərov, Güldanə Əzimova, Elçin İmanov, Gülçöhrə və Gülnarə Abdullayevalar, Ağaxan Şərifov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Gülnarə Əzizova, Nərmin Əliyeva , Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Elxan İsmayılov ifa edirlər.

 

Rəqsanə

Tarix
14 May 2015 [01:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin