Ana səhifə
23 Sentyabr 2018

4 arvadı, 7 nişanlısı və 5 sevgilisi var

Ən gəncinin 22, ən yaşlısının isə 44 yaşı var. Avstriyada yaşayan Qambiya vətəndaşı Sonko Tijanın 4 arvadı, 7 nişanlısı və 5 sevgilisini öyrənən polis onu həbs edib. 28 yaşındakı Tijan qadınları yoldan çıxararaq, onların evində qalıb, “daha sonra ödəyəcəyəm” deyərək, on minlərlə avro borc alıb. Ən gəncinin 22, ən yaşlısının isə 44 yaşı olan arvadı və sevgililərindən 4 uşağı olan Tijanın daha iki sevgilisinin də hamilə olduğu açıqlanıb. Sabit bir işi, yaxud yaşayış yeri olmayan kişinin Qambiyada da arvadı və uşaqlarının olduğu ortaya çıxıb.

Tijanın əməlləri onun iki arvadının Facebook-da tanış olaraq, sonradan baş verənləri polisə danışmalarından sonra ortaya çıxıb. Avstriyada çoxarvadlılıq çempionu kimi tanınan Tijanın bir çox başqa qurbanlarının da olduğunu söyləyən Avstriya polisi keçmişdə saxlanılan şəxslə münasibətdə olan bütün qadınlardan polisə məlumat verməyi istəyib.

Polis müstəntiqi Patrik Mayerhofer: “O, qadınları yoldan çıxarmaq üçün hər dəfə eyni taktikadan istifadə edib. Barlarda tanışdığı qadınlara münasibət göstərib, Afrikadakı ölkəsi barədə maraqlı əhvalatlar danışıb. Daha sonra Qambiyadakı müharibədən qaçdığını və ailəsini itirdiyini söyləyərək, onlardan maddi yardım istəyib”. (oxu.az)

 

Tarix
21 Oktyabr 2014 [21:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin