Ana səhifə
20 Noyabr 2018

İTV-nin Yayım Şurasında dəyişiklik olacaq

Məsələ parlamentin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarıldı

 

 

 

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklilər edilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki,  İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 3 üzvünün - Fuad Muradovun, Namiq Məmmədovun və Zərifə Salahovanın səlahiyyət müddəti başa çatdığı üçün onların yeni şəxslərlə əvəzlənməsi tələb olunur.

Qeyd edək ki, həmin şəxslərin yerinə Sahibkarlar Şurası, Gənclər təşkilatları və Qadınlar təşkilatların tərəfindən hərəsindən iki nəfər olmaqla 6 şəxsin namizədliyi irəli sürülüb. Sahibkarlar Şurası tərəfindən Vüqar Zeynalovun, İsmayıl Ələkbərovun, Gənclər təşkilatları tərəfindən Mirhəsən Seyidovun,  Turqay Həsənəliyevin, Qadınlar təşkilatları tərəfindən isə Sevil Yusifovanın və Ülkər Abdullayevanın namizədlikləri irəli sürülüb. Sözügedən komitənin sədri Nizami Cəfərov isə bildirib ki, adıçəkilən qurumda təmsil olunmaq hər bir şəxs üçün fəxr sayıla bilər. Namizədlikləri irəli sürülən şəxlərin məsələsinə baxılması parlamentin plenar iclaasına tövsiyə olunub.

 

 

Elməddin

Tarix
13 May 2015 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin