Ana səhifə
20 Sentyabr 2018

Rusiyaya daha bir iqtisadi zərbə

Ucnoqta.az xəbər verir ki, azadliq.org –un xəbərinə görə Beynəlxalq Moody agentliyi Rusiyanın 7 böyük maliyyə institutunun reytinqini salıb. Bu siyahıda Sberbank, VTB bank, Gazprombank, Rosselkhozbank, Vneshekonombank, Alfa-bank və İpoteka yaşayış kreditləşməsi üzrə Agentlik var. Bu bankların uzunmüddətli reytinqlər üzrə proqnozu mənfi qalır.

Moody qərarını Rusiya hökumətinin gərəkən vaxtı bank sistemini dəstəkləmək qabiliyyətinin düşməsiylə əsaslandırıb.

Oktyabrın 18-də agentlik Rusiyanın suveren reytinqini bir punkt salıb, bunu Ukraynada böhranın davam etməsi, beynəlxalq sanksiyaların genişlənməsi ilə izah edib. Digər səbəblər içində kapitalın azalması, neftin qiymətinin düşməsi də var.

 

Tarix
21 Oktyabr 2014 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin